Bütün xəbərlər
"Crocus City Hall" binasının yaxınlığında terror aktı qurbanlarının xatirəsinə abidə ucaldılır
Tarix: 21-02-2025 11:17 | Bölmə: Karusel

Moskva vilayətinin Krasnoqorsk şəhərində "Krokus Siti Holl"un binası yaxınlığında terror aktı qurbanlarının xatirəsinə abidə ucaldılmağa başlanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti mənbələrə və tikinti işçisinə istinadən məlumat yayıb.
Bildirilir ki, abidənin tikintisi üzrə işlərə artıq başlanılıb: abidənin metal əsası konsert zalının binasının qarşısında peyda olub.
“Bəli, orada bir abidə olacaq” işçi deyib.
Agentliyin məlumatına görə, tikintini binanın sahibləri aparır. Açılış mərasiminə kimin dəvət ediləcəyi və nə vaxt keçiriləcəyi ilə bağlı hələlik məlumat yoxdur.
2024-cü il martın 22-də dörd silahlı cinayətkar “Piknik” qrupunun çıxışından əvvəl "Crocus City Hall" konsert zalına soxularaq atəş açıb, sonra binanı yandırıblar. Terror aktı nəticəsində 145 nəfər həlak olub, 500-dən çox insan yaralanıb.
Elə ilk gün konsert zalının yanında kortəbii bir memorial peyda oldu. Qayğıkeş insanlar faciə yerinə gül-çiçək, uşaq oyuncaqları, şamlar gətiriblər. Martın 24-ü ümummilli matəm günü elan edilib.
Bu il fevralın 6-da Rusiya Federasiyasının İstintaq Komitəsi Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı araşdırmasını başa çatdırıb.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər