Bütün xəbərlər
Qara dənizdə tanker batdıqdan sonra dalğıclar 39 tondan çox mazut toplayıblar
Tarix: 21-02-2025 10:57 | Bölmə: Karusel

Rusiya Nəqliyyat Nazirliyi bildirib ki, Anapa və Temryuk sahil zonasında mazut axtarışı və qaldırılması üzrə birgə dalğıc qrupunun işi davam edir;
İşin koordinasiyasını “Dənizdə Xilasetmə Xidməti” Federal Dövlət Büdcə Müəssisəsi həyata keçirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "üç gün ərzində birləşmiş dalğıc qrupu Cemete estakadasının ərazisindən ümumi çəkisi 5000 kq olan 100 kisə mazut toplayıb. Ümumilikdə 420 min kvadratmetr dibi tədqiq edilib", - deyə, idarənin Telegram kanalında dərc olunan nəşrdə deyilir.
Məlumatda qeyd olunur ki, dalğıclar akvatoriyada mazut toplanmasının axtarışı zamanı sektorlarda işləyirlər. Hazırda 15 sahədən 4-ü, eləcə də 5 dayaqdan 2-si tam yoxlanılıb.
2024-cü il dekabrın 15-də neft məhsulları daşıyan “Volqoneft-239” və “Volqoneft-212” tankerləri Kerç boğazında batmış, nəticədə mazut dağılmışdır. Yanvarın sonunda 38,7 min kvadratmetr ərazinin çirklənmədən təmizləndiyi bildirilib.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər