Bütün xəbərlər
Daxili İşlər Nazirliyi Çelyabinsk məmurlarını 3 milyard rubl mənimsəməkdə şübhəli bilir
Tarix: 20-02-2025 19:24 | Bölmə: Karusel

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Çelyabinskdən olan məmurları və sahibkarları 3 milyard rubl oğurlamaqda şübhəli bilir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, vəsait rayonda yol infrastrukturunun təmiri və saxlanılması üçün 60 dövlət müqaviləsi üzrə ayrılıb.
Cinayət işində Çelyabinsk vilayətinin yol və nəqliyyat naziri Aleksey Neçayevdən başqa daha 6 nəfər şübhəli bilinir. “Kommersant” xəbər verir ki, onlar Çelyabinskdə saxlanılaraq Moskvaya aparılıblar.
İstintaq Komitəsi fevralın 21-də onların həbsi ilə bağlı Moskvanın Meşşanski Məhkəməsinə vəsatət verməyi planlaşdırır.
İş materiallarında qeyd olunur ki, büdcə vəsaitləri təqsirləndirilən şəxslərlə əlaqəli şirkətlərin hesablarına köçürülüb.



Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər