Bütün xəbərlər
Terror aktı hazırladığına görə 6 il azadlıqdan məhrum edilib
Tarix: 20-02-2025 09:10 | Bölmə: Karusel

Rusiya Müdafiə Nazirliyinin Xakasiyadakı obyektlərindən birində terror aktı hazırlayan Ukrayna vətəndaşı 6 il müddətinə azadlıqdan məhrum edilib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə FSB-nin regional idarəsi məlumat yayıb.
Qeyd olunur ki, İkinci Şərq Rayon Hərbi Məhkəməsi həmin şəxsə cəzanın ilk iki ilini həbsdə, qalan müddətini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edib. O, Xakasiyada Rusiya Müdafiə Nazirliyinin ərazisində terror aktı hazırlamaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 205-ci maddəsinin 1-ci hissəsi) təqsirli bilinib.
Axtarış zamanı cinayətkarın üzərindən Ukrayna xüsusi xidmət orqanlarından birinin polkovnikinin sənədləri tapılıb.Həmçinin onun yaşadığı ünvana baxış zamanı onun adına verilmiş Ukrayna vətəndaşının 2 pasportu (daxili və xarici), terror aktı törətmək üçün vasitələr və çoxlu sayda maqnit saxlama qurğuları aşkar edilib.İstintaqın məlumatına görə, həmin şəxsə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən tapşırıqlar verilib.
Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətdə təqsirli olduğunu etiraf edib.1963-cü ildə Xarkov vilayətinin Kupyansk şəhərində anadan olub. 2022-ci ildə Rusiya Federasiyasının vətəndaşlığını alıb.



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər