Bütün xəbərlər
Üç alpinist qar uçqunu altında qalıb
Tarix: 19-02-2025 15:53 | Bölmə: Karusel

Qaraçay-Çərkəz Respublikasının dağlarında 3 alpinist qar uçqunu altında qalıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlardan biri qaça bilsə də, digər ikisinin axtarışı hələ də davam etdirilir. Rusiya Fövqəladə Hallar Nazirliyi hadisə barədə özünün Telegram kanalında məlumat yayıb.
Qeyd olunur ki, fövqəladə hadisə Qaraçay-Çərkəz Respublikasının Zelençukski rayonunda Sofiya dərəsi yaxınlığında baş verib. Alpinistlər 15 nəfərlik turist qrupunun bir hissəsi idi. Zərərçəkənlərdən biri özü çıxıb. Fövqəladə Hallar Nazirliyinin 10 xilasedicisi və 3 texnikası digər iki nəfərin axtarışlarını davam etdirir.
Qar uçqunu altından qaçan turist həkimlər tərəfindən müayinə olunur.



Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər