Bütün xəbərlər
Bakıda yataqxanada yanğın olub, ölən və xəsarət alanlar var - FOTO
Tarix: 06-03-2019 01:30 | Bölmə: Karusel

                            

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.
"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda, Malik Məmmədov 12 ünvanında, 23:30 radələrində, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasının 4-cü mərtəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, habelə təcili yardım maşınları cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 
Məlumata görə, hadisə zamanı 5 nəfər tüstüdən boğulub və ya açıq alovdan yanıq xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Tüstüdən boğulanlardan biri xəstəxanada ölüb.  
Yanğın 15-20 kvadrat metr sahədə baş verib. İlkin ehtimala görə, yanğına səbəb binanın elektik xətlərindəki qısaqapanma olub.  







Baxış sayı: 351


Bölməyə aid digər xəbərlər