Bütün xəbərlər
Dmitruk: "Zelenskinin qeyri-legitimliyinə görə metalların ABŞ ilə anlaşması mümkün deyil"
Tarix: 18-02-2025 20:07 | Bölmə: Karusel

Ukraynanın ABŞ ilə nadir torpaq metalları üzrə potensial sövdələşməsi Vladimir Zelenskinin qeyri-legitimliyinə görə etibarlı olmayacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artem Dmitruk öz Telegram kanalında yazıb.
O xatırladıb ki, Zelenskinin səlahiyyət müddəti başa çatıb və Kiyev rejiminin qeyri-legitim rəhbəri “hər şeyə imza ata bilər”.
Dmitruk Zelenskinin imzaladığı kağızın hüquqi qüvvəyə malik olmayacağını vurğulayaraq, "Zelenski nə istəsə imzalaya bilər. Marsın və Ayın bütün minerallarını təhvil versə belə.Onun imzası qoyduğu kağıza dəyməz" deyə, yazıb.
Vladimir Zelenskinin səlahiyyət müddəti mayın 20-də başa çatıb. Ukraynada 2024-cü ildə keçiriləcək prezident seçkiləri hərbi vəziyyətə əsaslanaraq ləğv edilib.
Rusiya prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, Zelenski səlahiyyət müddəti başa çatdıqdan sonra legitimliyini itirib və hüquqi qüvvəyə malik sənədlərin imzalanması yalnız Ukraynanın qanuni nümayəndələri ilə mümkündür.
ABŞ prezidenti Donald Tramp fevralın əvvəlində bildirib ki, ABŞ Ukraynadan maliyyə və hərbi yardım müqabilində nadir torpaq metallarının tədarükünə zəmanət verəcəyini gözləyir.
Zelenski “yaxın tərəfdaşlıq” variantında israr edərək, müqaviləni imzalamaqdan imtina edib. Bu arada Ukrayna mediası mənbələrə istinadən yazıb ki, Amerika tərəfi Kiyevin sazişə etdiyi bütün düzəlişləri ləğv edib.



Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər