Bütün xəbərlər
Oğlunu anasının gözü qarşısında qaçıran şəxs axtarışa verilib
Tarix: 18-02-2025 12:09 | Bölmə: Karusel

Novosibirskdə asayiş keşikçiləri oğlunu gəzinti zamanı anasından aparan şəxsi axtarışa veriblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  oğurluqda şübhəli bilinən şəxsin fotosu Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin Telegram kanalında yerləşdirilib.
Bundan əvvəl mətbuatda 40 yaşlı kişinin gəzinti zamanı 6 yaşlı oğlunu keçmiş həyat yoldaşından alması xəbəri yayılmışdı. İlkin məlumata görə, kişinin Avstraliya vətəndaşlığı var və uşağı məhz bu ölkəyə aparmağı planlaşdırır.
Hadisə Novosibirsk şəhərinin Mərkəzi rayonunda küçədə baş verib. Kişi və onun əlaltıları uşağı keçmiş arvadının əlindən alaraq maşına mindirib və naməlum istiqamətə gediblər.
Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları uşağın atasının yaşadığı yerə baxış keçirib. Onlar şahidləri dindirir və CCTV görüntülərini araşdırırlar.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsi (“Oğurluq”) ilə cinayət işi açılıb.



Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər