Bütün xəbərlər
"T24": Parlayan UFO Türkiyənin Qaziantep hava limanını iflic edib
Tarix: 18-02-2025 11:45 | Bölmə: Karusel

"T24" xəbər verir ki, parlayan naməlum uçan obyekt xəbərindən sonra Türkiyənin Qaziantep hava limanında uçuşlar dayandırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəzetin yazdığına görə, obyekt pilotsuz uçuş aparatı (PUA) ola bilər.
"İki pilot radarda görünməyən obyekt barədə məlumat verdikdən sonra hava limanında təyyarələrin enişi və qalxması dayandırılıb", - nəşr yazır.
Məqalədə o da qeyd olunur ki, hazırda işığın mənbəyi ilə bağlı dəqiq məlumat yoxdur, lakin obyektin mənşəyi dəqiqləşdirildikdən sonra uçuşların bərpa olunacağı qeyd edilir.
Daha əvvəl bildirilmişdi ki, İstanbuldan Moskvaya uçan sərnişin təyyarəsinin pilotları Stavropol diyarı üzərində səmada naməlum uçan obyektləri müşahidə ediblər.



Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər