Bütün xəbərlər
İş adamı 5 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 17-02-2025 23:20 | Bölmə: Karusel

Kazan şəhərinin Vaxitovski Rayon Məhkəməsi Rusiya vətəndaşı Ruslan Bayazitovu 5 il müddətinə azadlıqdan məhrum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Məhkəmənin “VKontakte” sosial şəbəkəsindəki səhifəsində bildirildiyinə görə, Bayazitov Rusiya Federasiyası Cinayət Məcəlləsinin mənşəyinə və milliyyətinə görə nifrət və düşmənçiliyin salınması maddəsi ilə təqsirli bilinib.
Müəyyən edilib ki, məhkum edilmiş şəxs Telegram kanallarından birində milliyyətinə, dilinə və mənşəyinə görə birləşən bir qrup şəxsə qarşı zorakılıqla hədələyib, həmçinin rus millətindən olan şəxsləri və SVO-nu dəstəkləyənləri təhqir edib.
O, həmçinin rus millətindən olan insanlara nifrətini ifadə edib, rusları başqa millətlərə nifrətdə, aqressivlikdə və vəhşilikdə, bəyənmədiklərini öldürməyə hazır olmaqda ittiham edib. Bundan əlavə, o, rusların və SVO-nun həyata keçirilməsinə dəstək verənlərin öldürülməsinə çağırıb.
"KazanFirst" nəşrinin məlumatına görə, hökmdən əvvəl hakim qanuni olaraq müttəhimə son sözü verib, lakin Bayazitov əyləşdiyi yerdən belə qalxmadan bunu nümayişkaranə şəkildə rədd edib.
Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Ruslan Bayazitov MELT ofis avadanlığı mağazaları şəbəkəsinin həmtəsisçisidir. O, Rosfinmonitorinq tərəfindən ekstremistlər və terrorçular siyahısına daxil edilib.



Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər