Bütün xəbərlər
Rusiya nümayəndə heyətinin təyyarəsi Ər-Riyada gəlib
Tarix: 17-02-2025 23:13 | Bölmə: Karusel

Rusiya nümayəndə heyətinin təyyarəsi Səudiyyə Ərəbistanının paytaxtına çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq kadrlar “Rossiya 24” telekanalında nümayiş etdirilib.
Rusiya nümayəndə heyətinin təyyarəsi fevralın 17-də axşam saatlarında Ər-Riyada eniş edib. Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov daxildir. KİV Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin də danışıqlarda iştirak edə biləcəyi barədə məlumat yayıb.
Rusiya və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüşü çərşənbə axşamı, fevralın 18-də baş tutacaq. Prezidentin mətbuat katibi Dmitri Peskovun aydınlıq gətirdiyi kimi, görüş ilk növbədə Rusiya-Amerika münasibətləri kompleksinə həsr olunub. Onun sözlərinə görə, Ukrayna ilə bağlı mümkün danışıqların hazırlanması ilə bağlı da təmaslar aparılacaq.



Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər