Bütün xəbərlər
Narkotik aludəçisi olan reper qaynar su vannasında ölüb
Tarix: 17-02-2025 10:13 | Bölmə: Karusel

Krasnoyarsk diyarının Açinsk şəhərində gənc qadın qaynar su ilə doldurulmuş vannada ölü tapılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  faktla bağlı prosessual araşdırmalara başlanılıb. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə Baş İstintaq İdarəsi öz Telegram kanalında məlumat yayıb.
Yerli media və sosial şəbəkələrin məlumatına görə, ölən yerli rep ifaçısı və TikToker olub.
Qeyd olunur ki, Açinskdə çoxmərtəbəli binalardan birində vanna otağında “yüksək temperaturun təsiri nəticəsində termik yanıqlarla” 32 yaşlı qadının meyiti tapılıb. Müstəntiqlər bildiriblər ki, heç bir görünən xəsarət aşkar edilməyib.
İlkin məlumata görə, mənzildə bir qadın və onun həyat yoldaşı yaşayıb. O, həyat əlaməti olmayan qadını qaynar su ilə vannada tapıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, birgə yaşayanlar narkotik vasitələrdən istifadə ediblər. Mənzilə baxış zamanı narkotik maddə aşkar edilib.
Hazırda qadının ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası aparılır. Açinsk rayonlararası istintaq şöbəsi prosessual araşdırma aparır.



Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər