Bütün xəbərlər
"Bloomberg": Qalitski dünyanın ən varlı adamları reytinqindən gerilədi
Tarix: 17-02-2025 10:09 | Bölmə: Karusel

Rusiyalı iş adamı, “Krasnodar” futbol klubunun və “Maqnit” mağazalar şəbəkəsinin yaradıcısı Sergey Qalitski “Bloomberg”in milyarderlər reytinqindən çıxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Qalitski "Bloomberg"in dünyanın ən varlı 500 adamının yeni reytinqinə daxil edilməyib və bu, digər məsələlərlə yanaşı, onların şirkətlərinin səhmlərinin dəyərinə əsasən hesablanır. Bir həftə əvvəl Qalitski 6,54 milyard dollar sərvətlə 492-ci yerdə idi.
Potanin 28,3 milyard dollar sərvəti ilə 65-ci yerdə olan ən varlı rusiyalı kimi tanınır.
“Lukoyl”un təsisçisi Vahid Ələkbərovun reytinqə görə 26,6 milyard dolları var, NLMK idarə heyətinin sədri Vladimir Lisinin kapitalı isə 23,8 milyard dollardır.
Yanvarda media Qalitskinin 2024-cü ildə şəxsi vəsaitinin 3,65 milyard rublunu Krasnodar futbol klubuna yatırdığını yazmışdı.



Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər