Bütün xəbərlər
Sənədləri yoxlayan zaman polis əməkdaşlarına atəş açıb
Tarix: 16-02-2025 12:13 | Bölmə: Karusel

Dağıstanda bir nəfər şəxsiyyəti yoxlama zamanı polis əməkdaşlarına atəş açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məlumat yayıb.
Yanvarın 15-də, şənbə günü axşam saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Tabasaran rayonunun Xuçni kəndinin girişində minik avtomobilini saxlayıblar. Sürücü 2002-ci il təvəllüdlü gənc olub.O, silahını çıxararaq polisə doğru bir neçə atəş açıb.Həmin şəxs həbs zamanı xəsarət alıb.
İstintaq orqanları hadisənin bütün hallarını araşdırır.
Həmin gün Dağıstanskie Oqni şəhərində polis əməkdaşları ilə yerli sakin arasında atışma baş verib. Həmin şəxs mağazanı qarət edib, sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşlarından qaçmağa cəhd edib.



Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər