Bütün xəbərlər
"Brave Eagle" təlim təyyarəsi Tayvanın şərqində qəzaya uğrayıb
Tarix: 15-02-2025 10:31 | Bölmə: Karusel

"Brave Eagle"-“Cəsur qartal” təlim təyyarəsi Tayvanın şərqindəki Taitung şəhəri yaxınlığında qəzaya uğrayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə “Focus Taiwan” məlumat yayıb. Nəşrin məlumatına görə, qəza zamanı təyyarədə yalnız pilot olub.
O, paraşütlə sağ-salamat tullanaraq xilas edilib.
"Hadisə yerli vaxtla səhər saat 8:40-da baş verib. Havaya qalxdıqdan sonra təyyarənin hər iki mühərriki sıradan çıxıb. Soyadı Lin olan pilot təyyarədən paraşütlə yerə tullanıb", - nəşr yazır.
Axtarış-xilasetmə əməliyyatlarına Sahil Mühafizəsinin gəmiləri və yerli balıqçı qayıqları cəlb olunub. Təyyarə qəzasını araşdırmaq üçün əməliyyat qrupu yaradılıb.
Bundan əvvəl “Mirage 2000” adanın sahillərində qəzaya uğramışdı.



Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər