Bütün xəbərlər
Hava limanında xüsusi texnika yanıb
Tarix: 15-02-2025 10:12 | Bölmə: Karusel

Moskvanın Domodedovo hava limanında xüsusi texnika yanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaqı nəqliyyat prokurorluğu aparır.
Yanğın hava limanının yerüstü xidmətləri tərəfindən qısa müddətdə söndürülüb. Departamentin Teleqram kanalı hadisənin hava limanının fəaliyyətinə və ya təyyarələrin qəbulu və göndərilməsinə təsir etmədiyinə aydınlıq gətirib.
Yanğının səbəbini mütəxəssislər müəyyənləşdirməkdə davam edir. Agentlik hava limanında yanğın təhlükəsizliyi tələblərinə əməl olunmasını yoxlayacaq.



Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər