Bütün xəbərlər
Luqanskda Sergey Karjakin adına yeni şahmat akademiyası açılıb
Tarix: 14-02-2025 11:47 | Bölmə: Karusel

Tanınmış qrossmeyster Sergey Karjakin yeni başlayan şahmatçılar üçün akademiyanın açılışında iştirak edib və gənc çempionlar üçün bir neçə ustad dərsləri keçib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  o, təəssüratlarını “Rossiya 24” telekanalının çəkiliş qrupu ilə bölüşüb.
Onun sözlərinə görə, ilk dəfə 1997-ci ildə turnirdə iştirak etdiyi Luqanskda çoxlu yaxşı müəllimlər və güclü, istedadlı uşaqlar var.
"Mən ilk dəfə 1997-ci ildə Luqanskda keçirilən turnirdə iştirak etmişəm. Sadəcə, mənə üzərində öz adımın yazılmış stolu verdilər - mən turnirdə iştirak etdim. Prinsipcə, burada çox güclü şahmat ənənələri və çoxlu güclü müəllimlər, güclü, istedadlı uşaqlar var", - Karjakin deyib.
Bundan əvvəl Çelyabinskdə “Sergey Karjakin Şahmat Klubu”nun açıldığı bildirilirdi.



Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər