Bütün xəbərlər
11 yaşlı məktəbli axtarılır
Tarix: 13-02-2025 23:32 | Bölmə: Karusel

Tverdə müstəntiqlər 11 yaşlı məktəblinin yoxa çıxması ilə bağlı cinayət işi açıblar, onun bel çantası çay yaxınlığında tapılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, fevralın 13-də günorta saatlarında oğlan məktəbdən çıxıb, lakin evə getməyib. Onun bel çantası Proletarski rayonunda Tmaka çayı üzərindəki körpünün altından tapılıb.
Hazırda hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanları işləyir.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər