Bütün xəbərlər
Putin Trampa bildirib ki, Ukrayna münaqişəsinin əsas səbəbləri aradan qaldırılmalıdır
Tarix: 12-02-2025 21:43 | Bölmə: Karusel

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa Ukrayna münaqişəsinin əsas səbəblərini aradan qaldırmaq lazım olduğunu deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eyni zamanda, Rusiya dövlətinin başçısı münaqişənin sülh danışıqları yolu ilə həll oluna biləcəyi ilə razılaşıb.
“Putin münaqişənin köklü səbəblərini aradan qaldırmağın vacibliyini qeyd edib və Trampla razılaşıb ki, sülh danışıqları yolu ilə uzunmüddətli nizamlanma əldə oluna bilər”, - Peskov bildirib.
Daha əvvəl Putinin mətbuat katibi xatırladıb ki, Rusiya lideri Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara açıqdır.
Bundan əlavə, Ukraynanın müdafiə naziri Rustem Umerov Kiyevin danışıqlara hazır olduğunu bəyan edib. Eyni zamanda o qeyd edib ki, uzunmüddətli sülh yalnız Ukraynanın döyüş meydanında güclü olması şərtilə mümkündür.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər