Bütün xəbərlər
Keçmiş tibb bacısı intihara təhrik etməkdə təqsirli bilinib
Tarix: 12-02-2025 10:22 | Bölmə: Karusel

Xantı-Mansi Muxtar Dairəsində keçmiş böyük tibb bacısı Olqa Matviyçuk tabeliyində olan əməkdaşını intihara sürükləməkdə təqsirli bilinib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qadına üç il şərti cəza verilib və rəhbər vəzifələrdə işləmək qadağan edilib.
Matviyçuk Surqut Klinik Travmatologiya Xəstəxanasında işləyib. 2021-ci ildə müəssisənin tibb bacısı anestezioloqu Ayazxan Taşmaqambetova intihar edib. Mərhumun əri mütəmadi olaraq rəhbərlik tərəfindən zorakılığa məruz qaldığını, Matviyçukun şəxsən dəfələrlə onu ictimaiyyət qarşısında təhqir və alçaltdığını iddia edib. Cinayət işi açılsa da, 2023-cü ildə birinci instansiya məhkəməsi Matviyçuku təqsirli bilməyib. TASS xəbər verir ki, daha sonra hökmə Yuqra Rayon Məhkəməsinin hakimlər kollegiyası baxıb və ləğv edib.



Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər