Bütün xəbərlər
Finlandiya körfəzində hava gəmisinin toqquşması nəticəsində bir nəfər ölüb
Tarix: 11-02-2025 20:52 | Bölmə: Karusel

Sankt-Peterburqda Finlandiya körfəzinin sularında iki hava gəmisi toqquşub, bir nəfər ölüb, Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  hadisə fevralın 11-də Kurortnı rayonunda baş verib.İlkin məlumata görə, həmin şəxs hava gəmisini idarə edərkən digər qayıqla toqquşub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı yol hərəkəti və su nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı araşdırma aparılır.
Hazırda toqquşmanın hansı şəraitdə baş verməsi araşdırılır.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər