Bütün xəbərlər
Heqset : "ABŞ Ukraynaya qoşun göndərməyəcək"
Tarix: 11-02-2025 20:39 | Bölmə: Karusel

ABŞ öz hərbi personalını Ukraynaya göndərməyi planlaşdırmır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset məlumat verib.
O əlavə edib ki, Amerika lideri Donald Tramp yaxın gələcəkdə Ukrayna münaqişəsi ilə bağlı sülh sazişinin əldə olunmasına ümid edir.
Pentaqonun canlı yayımladığı Almaniyadakı Afrika Komandanlığının qərargahında jurnalistlərlə söhbəti zamanı Heqset deyib: “Biz Ukraynaya qoşun göndərməyəcəyik”.
Fevralın əvvəlində bildirilmişdi ki, Ukraynaya hərbi sülhməramlı missiya göndəriləcəyi təqdirdə Avropa ölkələri ABŞ-dan havadan dəstək istəyib. Xüsusilə, Aİ ölkələri Amerikadan hava hücumundan müdafiə sistemləri və kəşfiyyat texnologiyaları şəklində yardım istəyib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər