Bütün xəbərlər
Çoxsaylı yüngül atletika çempionu 3,5 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 11-02-2025 20:19 | Bölmə: Karusel

Moskvanın Meşçanski Rayon Məhkəməsi kross və dağ qaçışı üzrə Avropa və dünya çempionatlarının iştirakçısı, Smolensk vilayətindən olan yüngül atletika üzrə dəfələrlə Rusiya çempionu Mark Tolstixini oğurluq işi üzrə 3,5 il müddətinə azadlıqdan məhrum edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələri məlumat yayıb.
“Əvvəllər məhkum olunmuş Mark İqoreviç Tolstixin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulmuş iki cinayəti (“Xeyli miqdarda ziyan vurmaqla törədildikdə” – red.) törətməkdə təqsirli bilinib, (o,) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Həmin şəxs məhkəmə zalında nəzarətə götürülüb.
Fevralın əvvəlində Tolstixin metro stansiyalarından birində sənədlərin yoxlanılması zamanı saxlanılıb.
2017-ci ildə qaçışçı artıq külli miqdarda başqasının əmlakını soymaqda və oğurlamaqda təqsirli bilinib, 2019-cu ildə Moskva sakininin iPhone oğurluğuna görə həbs edilib. Sonra o, məcburi əməyə məhkum edildi, lakin o, gizləndi və federal axtarışa verildi.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər