Bütün xəbərlər
Qeyri-qanuni dövriyyədən 450-dən çox brilyant götürülüb
Tarix: 10-02-2025 21:12 | Bölmə: Karusel

Sankt-Peterburqda Daxili İşlər Nazirliyinin Baş İdarəsinin və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları qiymətli daşların qanunsuz dövriyyəsində şübhəli bilinən iki saxlanılan şəxsdən 450-dən çox brilyant götürüblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cinayətkarlar sərgi mərkəzində dəyəri 5,5 milyon rubldan çox olan böyük brilyant partiyasını satıblar. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 191-ci maddəsi ilə cinayət işi açılıb. Axtarış zamanı rabitə avadanlığı, kompüter avadanlığı və 15 min dollardan çox pul da ələ keçirilib, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz Telegram kanalında məlumat verib.
Əlavə araşdırmalar davam edir.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər