Bütün xəbərlər
Zaxarova: "Rusiya Suriyanın yeni rəhbərliyi ilə əlaqə saxlayır"
Tarix: 10-02-2025 11:40 | Bölmə: Karusel

Suriyada keçid dövrü gedir və Rusiya ölkənin indiki administrasiyası ilə əlaqə saxlayır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova Rusiya Federasiyası Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin və xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi idarələrarası nümayəndə heyətinin yanvarın 28-də Dəməşqdə keçirilən danışıqlarını xatırladıb. Bu, 2024-cü ilin dekabrında ölkədə hakimiyyət dəyişikliyindən sonra ilk rəsmi səfər idi.
"Suriyaya gəlincə, transformasiya gedir, keçid dövrü gedir. Bizim tərəfimizdən Suriyanın hazırkı hakimiyyət orqanları ilə təmaslar var... İş gedir", - o deyib.
Bundan əvvəl Suriya Daxili İşlər Nazirliyi Rusiya ilə əməkdaşlığın Suriyanın maraqlarına uyğun olduğunu, qarşılıqlı dialoqun regional və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə töhfə verdiyini vurğulamışdı.



Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər