Bütün xəbərlər
İsveçdə 90 nəfərin iştirakı ilə dava baş verib, yaralanan var
Tarix: 03-03-2019 07:35 | Bölmə: Karusel

İsveçdə 90 nəfərin iştirakı ilə baş verən kütəlvi davadan sonra iki nəfər xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, hadisə E4 yolunda istirahət üçün parketmə meydançasında baş verib.
Meydançada dayanan avtobusun 30 sərnişini orada 60 nəfərə hücum edib. Dava iştirakçıları daşdan istifadə edib, avtobusun şüşələri qırılıb.
Ölkənin Şərqi region polisin mətbuat xidmətinin nümayəndəsi deyib: "Hadisə iki qruplaşmanın iştirakı ilə baş verib, başqa bir şey deyə bilmirəm. Qanun pozuntuları haqqında protokol tərtib etmişik".



Baxış sayı: 319


Bölməyə aid digər xəbərlər