Bütün xəbərlər
Yaqudin: "Olimpiadada idmançının neytral statusunun əhəmiyyəti yoxdur"
Tarix: 08-02-2025 22:28 | Bölmə: Karusel

Olimpiya çempionu Aleksey Yaqudin rusiyalı idmançılara neytral status verilsə belə, beynəlxalq yarışlarda iştirak etməli olduğu fikrini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Sport-Ekspress"də dərc olunan müsahibəsində fiqurlu konkisürən qeyd edib: "Mən həmişə bu fikirdə olmuşam ki, bunun o qədər də əhəmiyyəti yoxdur. Məsələn, Anya Şerbakova buzda meydana çıxsa, hamı başa düşür ki, o, Rusiyanı təmsil edir. Əgər idmançıların neytral statusda çıxış etmək imkanı varsa, bu şansdan istifadə etməli, getməyə və qalib gəlməyə çalışmalıdırlar. İdman karyerası çox tez keçir."
2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamaq tövsiyəsi ilə müraciət edib. Lakin 2023-cü ilin sonunda təşkilat rusların və belarusların 2024-cü il Yay Olimpiya Oyunlarında neytral idmançı kimi iştirakına icazə vermək qərarına gəldi və Rusiya Parisdə keçiriləcək bu Oyunlara 15 iştirakçı göndərdi.
Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 22-dək İtaliyanın Milan və Kortina d'Ampezzo şəhərlərində keçiriləcək.



Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər