Bütün xəbərlər
Livan prezidenti baş nazir Nəcib Mikatinin istefası haqqında fərman imzalayıb
Tarix: 08-02-2025 19:45 | Bölmə: Karusel

Livan prezidenti Cozef Aun ölkənin baş naziri səlahiyyətlərini icra edən Nəcib Mikatinin istefası ilə bağlı sənəd imzalayıb, prezident aparatının bəyanatında deyilir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun yerinə baş nazirin səlahiyyətlərini icra edən Nəvafa Salama təyin edilib.
"Prezident Aun Nəcib Mikati hökumətinin istefasını qəbul edən fərman imzalayıb", - ofisin X sosial şəbəkəsindəki hesabında qeyd olunub.
Aun ölkənin yeni hökumətinin tərkibini də təsdiqləyib. Livanın Nazirlər Kabinetinə 24 nazir daxildir. Diplomatların ölkənin xristian və müsəlman icmalarını bərabər şəkildə təmsil etdiyi qeyd edilir.
Mikati 10 sentyabr 2021-ci ildən Livanın baş naziri vəzifəsini icra edir. O, 31 oktyabr 2022-ci ildən 9 yanvar 2025-ci ilə qədər Livan Prezidentinin səlahiyyətlərini icra edib.



Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər