Bütün xəbərlər
Dövlət Mənzil Tikintisinə Nəzarət İdarəsinin 3 əməkdaşı rüşvət üstündə saxlanılıb
Tarix: 07-02-2025 20:39 | Bölmə: Karusel

FSB və Rusiya Federasiyasının Başqırdıstan Respublikası üzrə İstintaq Komitəsi Dövlət Mənzil Tikintisinə Nəzarət İdarəsinin 3 əməkdaşını rüşvət almaqda və onların köçürülməsində vasitəçi olmaqda ittiham edərək saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə xüsusilə mühüm işlərin araşdırılması üzrə ikinci şöbəsi məlumat yayıb.
Qeyd olunur ki, iki tikinti müfəttişi və idarənin təşkilat-nəzarət şöbəsinin müdiri saxlanılıb. İstintaqın məlumatına görə, 2024-cü ilin iyun-sentyabr ayları arasında onlar tikinti şirkətlərinin nümayəndələrindən “obyektlərin layihə sənədlərinə uyğunluğu barədə nəticələrin maneəsiz imzalanmasına” görə 50 mindən 2,5 milyon rubla qədər pul alıblar. Vəsaitlərin bir hissəsi şöbə müdirinin xətti ilə komitə sədrinə ötürülüb.
Məhkəmənin qərarı ilə müfəttişlər barəsində həbs-qətimkan tədbiri seçilib, şöbə müdiri Gülnaz Qayazova isə ev dustaqlığındadır.
Cinayət işləri Dövlət Mənzil İnşaatı Nəzarəti İdarəsinin tikintiyə nəzarət şöbəsinin müdiri, aparıcı mütəxəssis və sabiq sədrin cinayət işi ilə birləşib.



Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər