Bütün xəbərlər
Dalğıclar batmış avtomobil və ölü balıqçılar tapırlar
Tarix: 07-02-2025 12:59 | Bölmə: Karusel

Departamentin cümə günü, fevralın 7-də verdiyi məlumata görə, Baykal gölündə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ölü balıqçıları aşkar ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, batan avtomobil sualtı kameranın köməyi ilə tapılıb.Avtomobil Maksimixa kəndi ərazisində yeddi metr dərinlikdə olub.
“Maşından 3 metr aralıda buzun altında dalğıclar suya dalarkən iki balıqçının cəsədini aşkarlayıblar”, - deyə, məlumatda bildirilir.
Fövqəladə Hallar Nazirliyi hesab edir ki, şəxslər avtomobili tərk edə bilsələr də, buzun altından çıxa bilməyiblər.
Xatırladaq ki, fevralın 4-də iki balıqçı itkin düşüb. Yaxınlarının dediyinə görə, kişilər avtomobillə Baykal gölünün buzlarına çıxmağı planlaşdırırdılar.



Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər