Bütün xəbərlər
İlk Fransız "Mirage" qırıcıları Ukraynaya gəldi
Tarix: 06-02-2025 14:28 | Bölmə: Karusel

Fransanın ilk “Mirage” qırıcıları Kiyevə gəlib, ölkənin müdafiə naziri Sebastyan Lekornu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun həmçinin bildirdiyibə görə, Ukrayna Silahlı Qüvvələrinin pilotları bir neçə aydır ki, Beşinci Respublika ərazisində onları idarə etmək üçün təlim keçiblər.
"6 iyun 2024-cü ildə (Fransa prezidenti - red.) Emmanuel Makron Fransanın "Mirage 2000"-nin Ukraynaya çatdırıldığını elan etdi", - Lekornu bu barədə X sosial şəbəkədə yazıb.
Bundan əvvəl Dövlət Dumasının Krım regionundan deputatı Leonid İvlev bəyan etmişdi ki, “Mirage” qırıcılarının hərbi dəstək kimi Kiyevə təhvil verilməsi Fransanın Rusiya ilə hərbi münaqişəyə cəlb olunmasına gətirib çıxaracaq.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər