Bütün xəbərlər
Otel kompleksinin direktorunu güllələyən şəxs həbs edilib
Tarix: 04-02-2025 12:36 | Bölmə: Karusel

Petropavlovsk-Kamçatskidə mehmanxana kompleksinin baş direktorunun qətlində şübhəli bilinən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, o, fevralın 3-də zərərçəkmişin kabinetində olub və uzun sürən münaqişə zamanı odlu silahla onun başına qəsdən atəş açıb.
"Zərərçəkən hadisə yerində dünyasını dəyişib", - regional İstintaq Komitəsindən bildirilib.
İdarədən əlavə ediblər ki, “Qətl” maddəsi ilə açılmış cinayət işi üzrə törədilmiş cinayətin bütün hallarının müəyyən edilməsi, habelə sübut bazasının toplanması və möhkəmləndirilməsi istiqamətində ekspertizalar təyin edilib və digər tədbirlər görülür.
Bundan əvvəl bildirilmişdi ki, mehmanxana kompleksinin 67 yaşlı həmtəsisçisi ov tüfəngi ilə 45 yaşlı baş direktoru başından vurub.
Ehtimallara görə, onların münaqişəsinin səbəbləri şəxsi düşmənçilik və təşkilatın təşkilati və maliyyə fəaliyyəti ilə bağlı məsələlər olub.



Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər