Bütün xəbərlər
Çin ABŞ-ın vergi tədbirlərindən ÜTT-yə şikayət edib
Tarix: 04-02-2025 11:52 | Bölmə: Karusel

Çin hakimiyyəti ABŞ-ın vergi tədbirlərinə qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) mübahisələrin həlli mexanizminə şikayət edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Fevralın 1-də ABŞ hakimiyyəti Çindən gələn mallara 10%-lik gömrük rüsumunun tətbiq edildiyini açıqlayıb. ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncamda Çinin cavab tədbirləri görəcəyi təqdirdə idxal tariflərinin artırılması variantı da yer alıb.
“Cavab olaraq Çin qanuni hüquq və maraqlarını qorumaq üçün Ümumdünya Ticarət Təşkilatının mübahisələrin həlli mexanizmi ilə ABŞ-ın vergi tədbirlərinə qarşı şikayət edib”, - deyə, departamentin açıqlamasında bildirilir.
Çin də öz növbəsində Amerika nefti, kömür və mayeləşdirilmiş təbii qaza 10-15% rüsum tətbiq edib. Tədbir 10 fevral 2025-ci il tarixindən qüvvəyə minəcək.





Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər