Bütün xəbərlər
Saratov vilayətinin nəqliyyat naziri vəzifəsindən azad edilib
Tarix: 03-02-2025 10:58 | Bölmə: Karusel

Saratov vilayətinin nəqliyyat naziri Aleksey Petayev tutduğu vəzifədən azad edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qubernatorun sözlərinə görə, Petayev fevralın 3-də Rusiya Federasiyasının Əmək Məcəlləsinin 81-ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən tutduğu vəzifədən azad edilib. İşçinin intizam tənbehi olduqda üzürlü səbəb olmadan əmək vəzifələrini dəfələrlə yerinə yetirməməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutur.
Busargin izah edib ki, bu qərar maliyyə qurumlarına hesabatların təqdim edilməsi müddətlərinin sistematik şəkildə pozulması ilə əlaqədar verilib və bu, şəhərdə tramvay marşrutlarını yenidən quran podratçılar tərəfindən görülən işlərin ödənişində gecikmələrə səbəb olub.
Bundan əvvəl Yevgeni Mazurun Komi Respublikası hökuməti sədrinin müavini - iqtisadi inkişaf, sənaye və nəqliyyat naziri vəzifəsindən azad edildiyi bildirilib. Bu barədə əmri Komi Respublikasının rəhbəri vəzifəsini icra edən Rostislav Qoldşteyn imzalayıb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər
28-01-2025, 13:03 SHOT: Pedofil saxlanılıb