Bütün xəbərlər
Beş nəfər FSB zabitini döyüb
Tarix: 01-02-2025 12:16 | Bölmə: Karusel

Həştərxanda, Rosqvardiyada və FSB əməkdaşları təhlükəsizlik əməkdaşına hücum edərək onu döyən beş yerli sakini saxlayıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Rusiya Federasiyasının Həştərxan vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, yanvarın 26-da axşam saatlarında bir qrup şəxs Kirovski rayonunun Admiralteyskaya küçəsindəki evlərdən birinin yaxınlığında FTX-nin regional əməkdaşını mühasirəyə alaraq yumruq və ayaqları ilə başına və bədəninə çoxsaylı zərbələr endiriblər. Bundan sonra cinayəti törədənlər yoxa çıxıblar.
Hücum edənlər yanvarın 30-da saxlanılıb.
Onlara qarşı dövlət məmuruna qarşı zorakılıq tətbiq etmək maddəsi ilə cinayət işi açılıb.
Hazırda həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər
28-01-2025, 13:03 SHOT: Pedofil saxlanılıb