Bütün xəbərlər
"Spartak" Pomazunun transferi ilə bağlı ÇSKA ilə razılığa gəlib
Tarix: 31-01-2025 14:55 | Bölmə: Karusel

Moskva ÇSKA-nın qapıçısı İlya Pomazun karyerasını paytaxtın "Spartak"ında davam etdirəcək, "RBC Sport" vəziyyətlə tanış olan iki mənbəyə istinadən xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin məlumatına görə, klublar artıq transferlə bağlı razılığa gəliblər, qalan yalnız rəsmi hissə - sənədlərin imzalanmasıdır.
Pomazun ÇSKA-nın məzunudur. “Orduçular”ın əsas heyətində 28 yaşlı qolkiper 10 oyunda iştirak edib.
Nüfuzlu "Transfermarkt.de" portalı qapıçının qiymətini 1,2 milyon avro qiymətləndirir.
Xatırladaq ki, ötən həftə qapıçı Aleksandr Selixov “Spartak”ı tərk etmişdi. Klub və qapıçı qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər
28-01-2025, 13:03 SHOT: Pedofil saxlanılıb