Bütün xəbərlər
Medvedev: "Təhlükəli xəstələr və ya narkotik aludəçisi olan miqrantlar Rusiyadan qovulmalıdır"
Tarix: 30-01-2025 20:10 | Bölmə: Karusel

Təhlükəli xəstəlik və ya narkomaniya diaqnozu qoyulan xarici vətəndaşlar təxirə salınmadan Rusiyadan çıxarılmalıdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri ilə bağlı keçirilən müşavirədə belə problemi olan vətəndaşların ölkədə qalıb vətəndaşlıq alması üçün hər hansı imkanları istisna etmək lazımdır.
Medvedev VKontakte sosial şəbəkəsindəki səhifəsində yazıb: "Miqrasiya sahəsində kəskin problemlərdən biri təhlükəli infeksiyalara yoluxmuş və ya narkotik vasitələrdən istifadə edən əcnəbilərlə bağlı vəziyyətdir. Onlar təxirə salınmadan Rusiyadan çıxarılmalıdır".
Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, bu problem ən kəskin problemlərdən biridir və həqiqətən təcili diqqət və həll yolları tələb edir.
Medvedev vurğulayıb ki, yalnız dərhal deportasiya rusların epidemioloji təhlükəsizliyini tam təmin edə, həmçinin narkomaniya, cinayət və digər təhlükəli hadisələrlə mübarizə apara bilər.
Daha əvvəl xəbər verilmişdi ki, Moskva vilayətinin Puşkin şəhərində 20 yaşlı Tacikistan əsilli gənc yataqxanada iğtişaş törədib və administratoru öldürməklə hədələyib. Hadisə şahidlərinin sözlərinə görə, gənc narkotikin təsiri altında olub və yataqxanaya qeyri-adekvat vəziyyətdə gəlib.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
28-01-2025, 13:03 SHOT: Pedofil saxlanılıb