Bütün xəbərlər
"Zenit"in azarkeşini hədələyən ekstremisti saxlayıblar
Tarix: 30-01-2025 20:01 | Bölmə: Karusel

Müstəntiqlər Tümendə Telegram kanallarından birində Sankt-Peterburq sakinini təhdid edən və ruslara qarşı düşmənçiliyin qızışdırılması əlamətləri olan mesaj dərc edən şəxsi saxlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxs təqsirini etiraf edib və ona qarşı nifrət və ya düşmənçiliyin salınması, habelə zorakılıq hədəsi ilə insan ləyaqətinin alçaldılması maddəsi ilə ittiham irəli sürülüb.Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin Telegram kanalı xəbər verir ki, yaxın vaxtlarda o, Sankt-Peterburqa aparılacaq və orada məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçəcək.
“Fontanka”nın məlumatına görə, cinayət işinin əsasını “Zenit”in məşhur azarkeşi, Pitbull kimi tanınan Mixail Turkanova qarşı hədələr təşkil edib.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər
28-01-2025, 13:03 SHOT: Pedofil saxlanılıb