Bütün xəbərlər
İsveçdə Quran yandıran hadisələrin təşkilatçısı öldürüldü
Tarix: 30-01-2025 13:45 | Bölmə: Karusel

SVT televiziyası xəbər verir ki, İsveçdə Quran yandırma tədbirlərinin təşkilatçısı Salvan Momike öldürülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məlumata görə, Stokholm Dairə Məhkəməsi cümə axşamı "millət zəminində nifrətin qızışdırılması" işi üzrə hökm çıxarmalı idi, lakin müttəhimlərdən birinin öldüyü təsdiqləndikdən sonra hökm təxirə salınıb.
Polis hələlik hadisə və ya qurbanın kimliyi ilə bağlı açıqlama verməyib. SVT-nin məlumatına görə, təhlükəsizlik xidməti istintaqa cəlb olunub və artıq bir neçə nəfər saxlanılıb. Hadisə yerinin ətrafı mühasirəyə alınıb, yaşayış binasının ərazisində axtarış aparılır. Telekanalın məlumatına görə, hadisə zamanı mərhumun sosial şəbəkələrdə canlı yayımda olduğu və atışmanın bəzi anlarının videoya çəkilə biləcəyi ehtimal edilir. Lakin polis hələlik bu məlumatı nə təsdiq, nə də təkzib edib.
Salvan Momika 2018-ci ildə İraqdan İsveçə gəlib və daha sonra üç illik yaşayış icazəsi alıb. 2024-cü ilin yayında onun müvəqqəti yaşayış icazəsi bir il müddətinə uzadılıb. İsveç prokurorluğu Momikanı "millət zəminində nifrətin qızışdırılması" maddəsi ilə ittiham edib. O, 2023-cü ilin yayında, İsveçin NATO-ya qəbul prosesinin qızğın çağında Stokholmda dörd yerdə Quranın yandırılması ilə bağlı dörd insidentdə ittiham olunub.
Bu hərəkətlər həm ölkə daxilində, həm də xaricdə kəskin reaksiya doğurdu. Momika ona mükafat verildiyini iddia edib. Lakin onun bu hərəkətinin motivləri naməlum olaraq qalır.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər
28-01-2025, 13:03 SHOT: Pedofil saxlanılıb