13:03 / 28-01-2025
SHOT: Pedofil saxlanılıb
Bütün xəbərlər
Üç nəfər iki gənci döyüb
Tarix: 28-01-2025 12:38 | Bölmə: Karusel

Vladivostokda 3 nəfərin 21 və 22 yaşlı iki gənci döyməsi ilə bağlı cinayət işi açılıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Primorye polisi məlumat yayıb.
Departamentin daha əvvəl bildirdiyi kimi, internetdə Vladivostokun Luqovaya meydanında baş verən davanın videoyazısı tapılıb. Yayımlanan görüntülərdə kişilərin gəncləri yerə yıxaraq təpiklədiyi görünür.
"Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət axtarışı əməkdaşları tərəfindən şübhəli bilinən şəxslərin şəxsiyyəti və yeri müəyyən edilib. Onların 28, 33 və 36 yaşlı üç xarici ölkə vətəndaşı olduğu üzə çıxıb", - deyə, polisin açıqlamasında bildirilir.
Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 213-cü maddəsinin ("Bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq") 2-ci hissəsi ilə cinayət işi açılıb.
Zərərçəkənlərin sağlamlığına dəymiş zərərin ağırlığı müəyyən edilir.
Cinayət işi üzrə istintaq davam edir.



Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər
28-01-2025, 13:03 SHOT: Pedofil saxlanılıb