23:15 / 25-01-2025
Lotereyada milyon qazandı
Bütün xəbərlər
Tələbəni şirnikləndirən məşqçiyə qarşı 33 cinayət işi açılıb
Tarix: 25-01-2025 09:47 | Bölmə: Karusel

Yekaterinburqda şəhərin idman məktəblərindən birində üzgüçülük üzrə məşqçiyə şagirdini aldatdığına görə 33 cinayət işi açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə URA.ru mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, zərərçəkmiş şəxsin ifadəsi əsasında 33 epizod üzrə cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci ("Seksual xarakterli zorakılıq hərəkətləri") ilə başlanıb.
"Məşqçi özü təqsirini boynuna almır. O, saxlanılıb və hazırda dəmir barmaqlıqlar arxasındadır", - mənbə bildirib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, məşqçi 2021-2023-cü illər arasında tələbəsinə cinsi təcavüz edib. Həmin vaxt qızın 12-14 yaşı var idi. İddialara görə, Rusiya Federasiyasının müxtəlif regionlarında keçirilən yarışlarda həmin şəxs “məktəbli qızın cinsi əlaqəyə marağını oyatmağa yönəlmiş əxlaqsız hərəkətlər” edib. Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi bu vəziyyətlə bağlı heç bir şərh verməyib.
Bundan əvvəl mətbuatda Moskvada üzgüçülük hovuzunda uşağa hücum edən məşqçinin ictimai işlərə məhkum edildiyi barədə məlumat yayılmışdı.



Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər