Bütün xəbərlər
Krasnoyarsk sanatoriyasında zəhərlənənlərə sənədsiz yemək verilib
Tarix: 17-01-2025 15:42 | Bölmə: Karusel

“Rosselxoznadzor” xəbər verir ki, Krasnoyarsk diyarında 47 istirahətçinin xəstələndiyi “Sosnovıy Bor” sanatoriyasında mənşəyi məlum olmayan məhsullardan istifadə edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarədən verilən məlumata görə, yoxlama zamanı işçilərin yemək hazırlamaq üçün yağ və pendirdən istifadə etdiyi, sanatoriyada isə onların baytarlıq-sanitariya tələblərinə uyğunluğunu təsdiq edən sənədlərin olmadığı müəyyən edilib. İstintaq materialları prokuror və müstəntiqlərə verilib.
Yanvarın 16-da sanatoriyada səhər yeməyindən sonra ürəkbulanma, başgicəllənmə və qızdırma şikayətləri ilə 32 nəfər həkimə müraciət edib. Son 24 saat ərzində virusa yoluxanların sayı 47-yə yüksəlib, onlardan 10-u xəstəxanalara yerləşdirilib.
Xəstələrə norovirus infeksiyası (enterovirus ailəsindən olan virusun yaratdığı kəskin bağırsaq infeksiyası) diaqnozu qoyulub.
Faktla bağlı təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açılıb.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər