Bütün xəbərlər
Qara dənizdə 4,2 bal gücündə zəlzələ baş verib
Tarix: 12-01-2025 20:26 | Bölmə: Karusel

Avropalı seysmoloqlar Krım yaxınlığında zəlzələnin baş verdiyini bildiriblər. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun maqnitudası 4,2 olub.
Yerli vaxtla saat 17:49-da Krım sahillərində 44,6 km dərinlikdə yeraltı təkan qeydə alınıb. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Mənbə Kerçdən 75 km, Krasnodar diyarının Taman şəhərindən 60 km aralıda yerləşirdi.
Sahildə dağıntılar barədə məlumat yoxdur.
Bundan əvvəl Soçidə 24 saat ərzində ikinci zəlzələ baş verib.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər