Bütün xəbərlər
Fişəng partlaması nəticəsində 11 yaşlı uşağın barmaqları qopub
Tarix: 10-01-2025 17:23 | Bölmə: Karusel

Noginsk şəhər prokurorluğu uşağın pirotexniki vasitələrdən istifadə etməsi nəticəsində xəsarət alması ilə bağlı araşdırmalara başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə məlumat Moskva vilayəti Prokurorluğunun Telegram-kanalında yer alıb.
İlkin məlumatlara görə, hadisə bu il yanvarın 8-də axşam Noqinsk şəhərinin Lenin meydanında baş verib. 11 yaşlı uşaq təhlükəsizlik qaydalarını pozduğu üçün pirotexniki vasitələrlə davranarkən xəsarət alıb.
Qeyd olunur ki, fişəng uşağın əlində partlayıb, bundan sonra o, xəstəxanaya aparılıb. Həkimlər sol əlin bir neçə barmağının travmatik amputasiyası diaqnozu qoyublar.
Uşağın pirotexniki vasitələri haradan və necə əldə etdiyi məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün şəraitini araşdırır. İstintaqın nəticələrinə əsasən prokurorluq cavab tədbirləri görüləcək.
Bundan əvvəl KİV Soçidə fişəngin partlaması nəticəsində nəzarətsiz qalan uşağın xəsarət alması barədə məlumat yayıb.



Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər