20:23 / 09-01-2025
Bayden xalqa müraciət etdi
Bütün xəbərlər
Gürcüstanda qətl və ruslara hücumda ittiham olunanlar təqsirlərini etiraf etmirlər
Tarix: 09-01-2025 12:23 | Bölmə: Karusel

Gürcüstanda silahlı soyğunçuluqda və Rusiya vətəndaşı Viktor Solovyovun qətlində ittiham olunan iki nəfər onlara qarşı irəli sürülən ittihamları rədd edir, məhbusların vəkili Laşa Xoştariya bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi Viktor Solovyovun cəsədinin Svaneti bölgəsindəki Nakra çayında tapıldığına aydınlıq gətirib. Hadisə yanvarın 5-də təqsirləndirilən şəxslərin Zuqdididən Mestiaya gedən rusiyalıların mobil telefonlarını soyaraq, 1986-cı il təvəllüdlü onlardan birinə güllə yarası verərkən baş verib. Cinayəti ört-basdır etmək üçün təqsirləndirilən şəxs meyiti çaya ataraq qaçıb.
Bu iş üzrə məhkəmə prosesi bu gün saat 15:30-da Zuqdididə keçiriləcək. Həbs edilənlər adam öldürmə, soyğunçuluq, saxta həbs və qanunsuz odlu silah saxlama maddələri ilə ittiham olunublar. Təqsirləndirilən şəxslərdən biri Çkadua susmaq hüququndan istifadə edib. İkincisi də günahını etiraf etmir.
Təqsirləndirilən şəxsin vəkili Laşa Xoştariya İnterpressnews agentliyinə bildirib ki, müvəkkilləri zərərçəkmişlərin telefonlarını almayıb və münaqişəni Viktor Solovyovun özü başladığında israr ediblər.
Təqsirləndirilən şəxsi 20 ilə qədər və ya ömürlük həbs gözləyir.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər