20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Turist avtobusu aşıb, ölən var
Tarix: 05-01-2025 14:12 | Bölmə: Karusel

İlkin məlumatlara görə, Kareliyada turist avtobusunun aşması nəticəsində 5 nəfər xəsarət alıb, onların vəziyyəti ağırdır, - deyə, respublikanın səhiyyə naziri Mixail Oxlopkov bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəza magistralın Lyaskelya kəndi yaxınlığında baş verib.
Hazırda qəza yerində Pitkyaranta və Sortavaladan olan beş təcili yardım briqadası işləyir. Zərərçəkənlərə lazımi yardım göstərilir. Onlara əzalarının sınığı və döş qəfəsinin zədələnməsi diaqnozu qoyulub.
Qəza zamanı salonda 43 nəfər - Moskva, Belqorod və Kursk sakinləri olub. Qurbanların sayı müəyyənləşdirilir.
Yanvarın 5-də günorta saatlarında Altay diyarında turistləri daşıyan mikroavtobus dirəyə çırpılıb, beş nəfər xəsarət alıb.



Baxış sayı: 241


Bölməyə aid digər xəbərlər