Bütün xəbərlər
Hərbi Tibb Akademiyasının rəis müavini Veşkin rüşvət almaqda ittiham olunur
Tarix: 02-01-2025 10:01 | Bölmə: Karusel

Rusiya İstintaq Komitəsi S. M. Kirov adına Hərbi Tibb Akademiyasının rəis müavini Pavel Veşkinə qarşı xüsusi külli miqdarda rüşvət almaqda ittiham edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Pavel Veşkin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsi ilə xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. Əvvəllər o, xüsusilə külli miqdarda dələduzluqda ittiham olunsa da, iş yenidən təsnifləşdirilib.
İstintaqın məlumatına görə, Veşkin tibbi cihazların və əczaçılıq məhsullarının topdan satışı ilə məşğul olan “SL Pharma” MMC-dən pul alıb.
Hazırda onun işinə Moskva məhkəmələrinin birində digər təqsirləndirilən şəxslərdən ayrı baxılır.Onu 15 ilə qədər həbs gözləyir.
Veşkin akademiyada müqavilə xidməti məsələləri ilə məşğul olurdu.



Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər