Bütün xəbərlər
Lyuis Hemilton rəsmi olaraq "Ferrari" sürücüsü olub
Tarix: 01-01-2025 14:34 | Bölmə: Karusel

Yeddiqat Formula 1 çempionu, britaniyalı yarış pilotu Lyuis Hemilton rəsmən İtaliyanın "Ferrari" komandasının sürücüsü olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Formula 1 mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb. 31 dekabr 2024-cü ildə Hemiltonun "Mercedes" ilə müqaviləsi başa çatdı, 2025-ci il yanvarın 1-də isə britaniyalının İtaliya komandası ilə müqaviləsi qüvvəyə minib.
39 yaşlı sürücü Ferrari ilə hələ 2024-cü ilin fevralında müqavilə imzalayıb. Daha sonra komanda Lyuisin çoxillik müqavilə imzaladığını bildirərək onun transferini açıqlayıb. Nə müqavilənin müddəti, nə də maliyyə detalları açıqlanmayıb.
Hemiltonun "Ferrari"dəki tərəfdaşı 2019-cu ildən komandada yarışan 27 yaşlı Moneqask Çarlz Lekler olacaq.



Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər