20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Rusiyalı Laqno blits üzrə dünya çempionatının bürünc mükafatçısı olub
Tarix: 01-01-2025 13:29 | Bölmə: Karusel

Nyu-Yorkda qadınlar arasında blits üzrə dünya çempionatı başa çatıb. Bürünc medalı rusiyalı qrossmeyster Yekaterina Laqno qazanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya təmsilçisi yarımfinalda çinli Ley Tinqjieyə 2,5:3,5 hesabı ilə uduzub.Laqno üçüncü yeri hindistanlı Rameşbabu Vaişali ilə bölüşüb.
Həlledici görüşdə həmyerlisi Lei Tinqjieyə 3,5:2,5 hesabı ilə qalib gələn çinli qadın Ju Venjun dünya çempionu olub.
Blits üzrə dünya çempionatının əvvəlki qalibi rusiyalı Valentina Qunina olub. Cari turnirdə o, çıxışını 1/4 final mərhələsində başa vurub.
Daha əvvəl məlum olmuşdu ki, blits üzrə dünya çempionatında norveçli Maqnus Karlsen və Rusiya təmsilçisi Yan Nepomniaxçi birinci yeri bölüşüblər.



Baxış sayı: 236


Bölməyə aid digər xəbərlər