Bütün xəbərlər
Əsəd getdikdən sonra STG Engineering Suriyaya taxıl tədarükünü dayandırdı
Tarix: 30-12-2024 13:37 | Bölmə: Karusel

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın “STG Engineering” şirkəti prezident Bəşər Əsədin istefasından sonra Suriyaya taxıl tədarükünü dayandırıb.

 TASS bu barədə şirkətin baş direktoru Dmitri Trifonova istinadən xəbər verir.
Trifonov qeyd edib ki, şirkət üç il ərzində Rusiya buğdasını Suriyaya tədarük edən taxıl alverçisi kimi fəaliyyət göstərib.
Onun sözlərinə görə, STG Engineering-in aylıq tədarükü təqribən 1,1 milyon ton təşkil edib ki, bu da Suriyaya ixrac edilən Rusiya taxılının ümumi həcminin təxminən yarısıdır.
"İndi tədarük tamamilə dayanıb" dedi Trifonov.
O, əlavə edib ki, Suriyanın taxıl tədarükünə görə şirkətə olan borcu 116 milyon dollar təşkil edir.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər